İyunda qlobal neft tələbatı artıb

2020.07.08 15:09 (UTC+04:00)

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb.

EIA-ya görə, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan ölkələrin neft hasilatını azaltmaları nəticəsində qlobal neft bazarında tədarük bolluğu azalıb.

Dünya miqyasında yeni növ koronavirusa qarşı karantin tədbirlərinin yumşaldılması fonunda isə iyun ayında qlobal neft tələbatı artıb.