Azərbaycanın vergi sistemi: dünən, bu gün, sabah

2019.02.11 10:52 (UTC+04:00)

Ziyad Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik

Hazırda ölkədə vergi sisteminin təkmilləşdirilməsi ilə əlaqədar çox ciddi, mütərəqqi islahatlar aparılır. Şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, "kölgə iqtisadiyyatı"nın minimuma endirilməsi istiqamətində atılan addımlar, heç şübhəsiz ki, Azərbaycanın sosial-iqtisadi göstəricilərinin daha da yüksəlməsinə, şəffaflığının artmasına, iqtisadiyyatın səmərəliliyinin yaxşılaşmasına müsbət təsir edəcəkdir. Azərbaycan iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafının ən vacib amillərindən biri kimi qiymətləndirilən bu tədbirlər, əminəm ki, yaxın gələcəkdə ölkə iqtisadiyyatının davamlı inkişafı üçün yeni imkanlar açacaq, əmək münasibətlərinin təkmilləşməsində, biznes mühitinin yaxşılaşdırılmasında, dövlət büdcəsinin gəlirlərinin artmasında əhəmiyyətli rol oynayacaqdır.

Fürsətdən istifadə edib, vergi sahəsində çalışan bütün insanları peşə bayramları münasibətilə təbrik edir, onlara xoşbəxtlik, işlərində müvəffəqiyyətlər diləyirəm.