Vergi əməkdaşları Qazaxıstanda olublar

2018.12.06 11:00 (UTC+04:00)

Qazaxıstan Respublikasının Kimep Universitetinin təşkilatçılığı ilə keçirilmiş görüşdə beynəlxalq vergitutma, transmilli şirkətlərdə vergi planlaşdırılması, vergidən yayınmaya qarşı mübarizə kimi məsələlər müzakirə edilib. Vergilər Nazirliyinin Tədris Mərkəzinin vergi metodologiyası kafedrasının müdiri Malik Əkbərovun da iştirak etdiyi tədbirdə vergi üzrə mütəxəssislər zərərli vergi rəqabəti və dövlətlərin məsuliyyətləri, Avropa Birliyinin qanunvericiliyi və beynəlxalq vergitutmada vergi yurisdiksiyalarının limitləri, Qazaxıstanda tətbiq edilən Hasilatın Pay Bölgüsü Sazişləri üzrə vergi ödəmələri, BEPS layihəsi ilə bağlı Qazaxıstanda görülən işlər, yerli qanunvericilik və ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələrdən irəli gələn tələblər və digər mövzularda çıxış ediblər.