Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib.
ABA-dan bildirilib ki, iclasda POS-terminal vasitəsilə PİN-kod daxil edilmədən nağdsız formada həyata keçirilən təmassız əməliyyatlar üzrə limitin 100 manata qaldırılması, təmassız ödənişlərin və token xidmətinin tətbiqi ilə bağlı əməliyyatların genişləndirilməsi məqsədilə birgə fəaliyyətin təşkili müzakirə edilib. Həmçinin ekspert qrupunun üzvləri tərəfindən ödəniş kartları ilə aparılan fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması üzrə kart istifadəçilərinin intensiv qaydada məlumatlandırılması məsələsinə toxunulub.
Ekspertlərin müzakirəsi nəticəsində iclasda qaldırılan məsələlərin həllində atılacaq növbəti addımlara dair qərarlar qəbul edilib.