Avstriya hökuməti fərdi gəlir vergisinin dərəcəsini azaltmaq niyyətindədir

2020.07.07 14:26 (UTC+04:00)

Avstriyanın maliyyə naziri Hernot Blümel bildirib ki, COVİD-19 pandemiyasından sonra iqtisadiyyatın stimullaşdırılması paketinin tərkib hissəsi olaraq gəlir vergisinin dərəcəsinin aşağı salınması nəzərdə tutulur. Onun sözlərinə görə, gəlir vergisinin minimal dərəcəsinin 25 faizdən 20 faizə endirilməsi təklif olunub. Blümelin açıqlamasında vergi islahatı ilə bağlı paketdə şirkətlərə birinci il kapital qoyuluşlarının həcmini 30 faiz amortizasiya etməyə imkan yaradan təklifin də olduğu bildirilib. Maliyyə naziri qeyd edib ki, bu dəyişikliyin 2020-ci ilin sentyabr ayında qüvvəyə minməsi gözlənilir. Bundan əlavə, təklif edilən dəyişikliklər çərçivəsində vergi ödəyiciləri əvvəlki illərdə əldə etdikləri gəlirlərini kompensasiya edə bilmək üçün xərclərini əvəzləşdirəcəklər.