Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların dəyəri 4,7 milyard manat olub

2020.07.06 17:30 (UTC+04:00)

Bakı Fond Birjasında (BFB) yanvar-iyun ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi dəyəri 4 milyard 742 milyon 802,2 min manat təşkil edib.

2019-cu ilin müvafiq dövrü üzrə əməliyyatların dəyəri 7 milyard 396 milyon 962,6 min manat olub. Hesabat dövründə dövlət qiymətli kağızların (Mərkəzi Bank və Maliyyə Nazirliyi) ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olunmasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 112 faiz, repo əməliyyatları üzrə isə 73 faiz artım qeydə alınıb.

İyun ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 2 milyard 445 milyon 181,8 min manat təşkil edib.