11 fevral - vergi xidməti işçilərinin peşə bayramıdır

2021.02.11 10:30 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkə iqtisadiyyatının inkişafında və dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti işçilərinin mühüm rolu nəzərə alınaraq hər il fevralın 11-də vergi xidməti işçilərinin peşə bayramı günü qeyd olunur. Bu əlamətdar gün münasibətilə vergi xidməti işçilərini təbrik edir, ölkəmizin iqtisadi yüksəlişi yollarında onların hər birinə uğurlar arzulayırıq.