"İqtisadi zona" proqramının 28 iyun 2020-ci il tarixli buraxılışı

2020.07.03 12:30 (UTC+04:00)

ATV ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında Azərbaycan sığorta bazarında mövcud vəziyyət, Azərbaycan ilə Türkiyə arasında hava nəqliyyatının açılması, koronavirus pandemiyasının dünya iqtisadiyyatına təsirləri, turizm sektorunun problemləri və yaranmış vəziyyətdən çıxmaq üçün təkliflər barədə süjetlər nümayiş etdirilib.

Proqramın qonağı Azərbaycan Respublikası Milli Məclisinin üzvü Vüqar Bayramov pandemiyadan zərər çəkən müəssisələrə dövlət zəmanətli kreditlərin verilməsi ilə bağlı maraq doğuran suallara aydınlıq gətirib.