Çin hökuməti COVID-19 pandemiyasının təsirinə məruz qalan ixrac müəssisələrinə təzyiqin azaldılması üçün bu ilin ilk beş ayı ərzində ixrac vergisi üzrə 632,4 milyard yuan (89,3 milyard dollar) güzəştə gedib. Dövlət vergi administrasiyasının məlumatına görə, martın 20-dən başlayaraq ölkədə 1464 adda ixrac məhsulunun bir hissəsi üçün vergi çıxılmalarının dərəcəsi 10 faizdən 13 faizə, digər hissəsi üçünsə 6 faizdən 9 faizə qaldırılıb. Pandemiyaya qarşı görülən tədbirlər şəraitində ixrac şirkətlərinə vergilərin qaytarılmasının asanlaşdırılması üçün vergi orqanları müxtəlif tədbirlər (məsələn, vergi güzəştləri ilə bağlı elektron bəyannamələrin tətbiqi və ixrac vergilərinə aid vergi güzəştlərinin təmassız işlənilməsi kimi) görüb.
Bundan əvvəl Çin Xalq Respublikası Dövlət Şurasının rəhbəri Li Kenzyan ixrac vergisi güzəştlərinin həyata keçirilməsinin yaxşılaşdırılmasını, gömrük rəsmiləşdirilməsi sahəsində islahatların imkanlarından istifadə olumasını, eləcə də xarici ticarətin və investisiyaların sabitləşdirilməsi fonunda müəssisələr üçün xidmətlərin optimallaşdırılmasını tövsiyə etmişdi.