Sahibkarlar üçün "Assosiasiyada effektiv menecment" mövzusunda seminar keçiriləcək

2020.07.03 09:45 (UTC+04:00)

İyulun 6-11-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Zoom” proqramı üzərindən videokonfrans formatında “Assosiasiyada effektiv menecment” mövzusunda seminar keçiriləcək.

ASK-dan bildirilib ki, onlayn seminarın əsas məqsədi assosiasiya və biznesə dəstək təşkilatların işinin düzgün strategiya və fəaliyyət planı üzərində qurulması, nəticə etibarilə sahibkarlığın inkişafına töhfə verilməsindən ibarətdir.

Seminarda təşkilatın strukturu, dövlət-özəl dialoq, lobbiçilik, üzvlük, beynəlxalq layihələr, biznes xidmətləri müzakirə ediləcək. Seminara iyulun 3-nə qədər göstərilən linkə daxil olaraq https://forms.gle/rYPPcU9e4nx7pCvp9 qeydiyyatdan keçmək olar.