Zəmanət verilmiş kreditlərin məbləği 91,3 milyon manat olub

2020.07.02 16:17 (UTC+04:00)

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən zəmanət və subsidiya verilmiş kreditlərin məbləği açıqlanıb.

Fonddan bildirilib ki, bu kreditlərin məbləği 91 milyon 341 min manat təşkil edib. Dövriyyədə olan istiqrazların ümumi məbləği 800 milyon 644 min manat olub.