İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 29 min 203 ipoteka krediti verilib

2020.07.02 15:10 (UTC+04:00)

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Fonddan bildirilib ki, indiyədək İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 29 min 203 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 484,4 milyon manatdan çoxdur.