ABŞ-ın qabaqcıl investisiya banklarından olan "Goldman Sachs" xam neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb.
Qeyd olunub ki, bank "Brent" markalı xam neftin bir barelinin qısamüddətli orta qiymətinin 35 dollar olacağını nəzərdə tutur. "Goldman Sachs" 2022-ci ildə isə qiymətin 55 dollar/barelə çatacağını gözləyir.