Bakının ictimai iaşə dövriyyəsi 235,2 milyon manat olub

2020.07.01 15:18 (UTC+04:00)

Yanvar-may aylarında paytaxtın ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 37 faiz azalaraq 235,2 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumatda bildirilir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 61,7 faizi hüquqi şəxs statuslu müəssisələrin, 38,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq ayları ilə müqayisədə 9,3 faiz azalaraq 146,5 milyon manat təşkil edib.