Dünya miqyasında yayılan koronavirus pandemiyası ilə mübarizədə fərdi maskadan istifadənin əhəmiyyəti nəzərə alınaraq Prezident sərəncamı ilə maska istehsalının maya dəyərinin azaldılması üçün qanunda düzəliş edilib. Düzəlişə əsasən, maska istehsalında xammal kimi istifadə olunan "melt blown" parçalarına tətbiq olunan əlavə gömrük vergisinin 20 faizlik dərəcəsi sentyabrın 1-dək sıfıra endirilib.
Prezidentin sərəncamı ilə idxalat rejimində də dəyişiklik edilib. Yerli sənayeçilərin xərclərini azaltmaq və rəqabət qabiliyyətini dəstəkləmək, bazarda son məhsulun qiymətlərini ucuzlaşdırmaq üçün Türkiyə və Avropa İttifaqı ölkələrində istehsal olunmayan xammallara və yarımfabrikat məhsullara tətbiq olunan gömrük vergiləri də Avropa İttifaqı ilə eyni zamanda ləğv edilib. Bu qərar çərçivəsində Türkiyədə istehsal olunmayan 125 adda məhsul üçün tutulan gömrük vergisi iyulun 1-dən ləğv edilib.