Vergilər Nazirliyində hesabat iclası keçirilib

2018.11.29 10:58 (UTC+04:00)

Vergilər Nazirliyində Azərbaycan-Litva Hökumətlərarası Komissiyası, Azərbaycan-İsrail və Azərbaycan-Xorvatiya ilə Birgə Komissiyaları üzrə tərəfdaş ölkələrlə əməkdaşlığın səmərəli təşkili və genişləndirilməsi məqsədilə komissiyalara üzv olan və aidiyyəti dövlət qurumlarının iştirakı ilə hesabat iclası keçirilib. İclasda hər üç ölkə üzrə iqtisadiyyat, energetika, kənd təsərrüfatı, mədəniyyət, müdafiə sənayesi, təhsil, səhiyyə, ekologiya, informasiya texnologiyaları sahələri üzrə əməkdaşlığın hazırkı durumu və inkişaf prioritetləri müzakirə edilib, tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.