Mərkəzi Bankdan bildirilib ki, "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hazırda yalnız banklar və onların filialları, eləcə də "Azərpoçt" MMC-nin filial və şöbələri valyuta mübadiləsi fəaliyyəti hüququna malikdirlər.
Yuxarıda qeyd olunan təşkilatlar istisna olunmaqla, Mərkəzi Bank tərəfindən digər hüquqi və fiziki şəxslərə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməyib.