2020-ci ilin may ayı ərzində Azərbaycanda əhalinin istifadə etdiyi bank kartlarının ümumi sayı artaraq 8 milyon 446 min ədədə çatıb. Mərkəzi Bankın açıqladığı hesabata əsasən, mayda sosial və kredit kartlarının sayında artım qeydə alınıb. May ayında sosial kartların 3 milyon 289 minə, əməkhaqqı kartlarının sayı 2 milyon 326 minə, kredit kartlarının sayı 912 minə, digər kartların sayı isə 1 milyon 930 minə çatıb.
Mayda debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi artaraq 2 milyard 325 milyon manat təşkil edib.
Fərqanə ALLAHVERDİQIZI