Nağdsız ödənişlərin həcmi artmaqda davam edir

2020.06.30 18:11 (UTC+04:00)

2020-ci ilin may ayında Azərbaycanda nağdsız ödənişlərin həcmi artaraq 466 milyon manata çatıb. Mərkəzi Bankın hesabatına əsasən, POS-teminalallarla ödənişlərin həcmi 175 milyon, bankomatlar vasitəsilə reallaşdırılan nağdsız ödənişlərin həcmi isə 19 milyon manat olub.

Ay ərzində 272 milyon manatlıq elektron ticarət əməliyyatları aparılıb. Kredit kartları ilə aparılan əməliyyatların həcmi isə 133 milyon manat olub.

2020-ci ilin ilk beş ayında nağdsız ödənişlərin ümumi həcmi 2 milyard 249 milyon manat təşkil edib.