Koronavirus pandemiyasının yayılması ilə əlaqədar bu ilin mart ayından etibarən ölkəmizə gələnlərin sayında azalma müşahidə edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyun sayında bildirilir ki, mayda xarici vətəndaşların ölkəmizdə bank kartları vasitəsilə apardıqları əməliyyatları 24,3 milyon manat təşkil edib. ümumilikdə isə 2020-ci ilin yanvar-may ayları ərzində əcnəbilərin Azərbaycanda bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 256 milyon manat olub.