Elektron kredit platforması təqdim edilib

2020.06.30 13:17 (UTC+04:00)

Sahibkarlar üçün elektron kredit platformasının təqdimatı olub. Bu gündən platforma sahibkarların ixtiyarına verilir.

Bu barədə Sahibkarlığın İnkişafı Fondunun idarə heyəti sədri vəzifəsinin icraçısı Samir Hümbətov iyunun 30-da keçirilən brifinqdə deyib.

“Bu platforma biznes kreditlərinin verilməsi üzrə ilk dəfə İqtisadiyyat Nazirliyində yaradılıb. Hazırda 15 bank bu platformaya qoşulub”, - deyə o qeyd edib.