Mikayıl Cabbarov: Əmək müqavilələrinin sayı 210 min artıb

2020.06.30 10:52 (UTC+04:00)

2019-cu il yanvarın 1-də qeyri-dövlət qeyri-neft sektorunda 539 min 972 əmək müqaviləsi bağlanıb.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov iyunun 30-da keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, cari il iyunun 26-da bu rəqəm 751 min 705 olub. Başqa sözlə desək, qeyri-dövlət qeyri-neft sektorunda 18 ay ərzində əmək müqavilələrinin sayında 210 min artım olub.