Qara metallar və onlardan hazırlanan məmulatların idxalı artıb

2020.06.29 17:59 (UTC+04:00)

Yanvar-may aylarında ölkəyə 379,3 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib.

Dövlət Gömrük Komitəsi (DGK) xəbər verir ki, hesabat dövründə idxal edilən məhsulun dəyəri 439,4 milyon ABŞ dollarından çox olub.

Xatırladaq ki, 2019-cu ilin eyni dövründə 384,2 milyon dollarlıq 325,6 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib.