Misir koronavirusa görə yeni vergi tətbiq edir

2020.06.29 13:18 (UTC+04:00)

Misir parlamenti koronavirusa qarşı mübarizə aparmaq üçün yeni vergi tətbiq etməklə bağlı qanun qəbul edib.

Həmin vergi əməkhaqqının 1 faizini təşkil edəcək və bir il ərzində tutulacaq. Ayda aşağı qazanc əldə edənlər sözügedən vergidən azad olunurlar. Epidemiyadan iqtisadi zərərçəkən şəxslər də yeni vergini ödəməkdən azad olunacaqlar.

Misir hökumətinin mətbuat xidmətinin məlumatına görə, vəsait koronavirusdan zərərçəkmiş müəssisələrin və vətəndaşların dəstəklənməsinə və səhiyyə sisteminin inkişafına yönəldiləcək.