Cənubi Avropada yerləşən Monako knyazlığının Monte-Karlo şəhəri dünyada öz kazinoları ilə məşhurdur. Bu şəhərin rəhbərliyi yerli əhalini kazino oyunlarından çəkindirmək üçün qəribə vergi güzəşti tətbiq edir: sakinlər kazinoda oynamamağın qarşılığı olaraq vergidən azad olunur.
Qeyd edək ki, Monte-Karlo kazinolarında yalnız əcnəbilər oynaya bilərlər. Bu barədə qərar hələ XIX əsrdə, şəhərdə oyun sənayesinin inkişaf etdirilməsi planlaşdırılarkən qəbul olunub. Yerli sakinlər isə kompensasiya kimi gəlir vergisi ödəməkdən azad ediliblər.
Baham adalarındakı kazinolarda da oxşar qadağa tətbiq olunub. Bu qərarı qəbul edənlər həm də öz vətəndaşlarının mənafelərini düşünüblər.