Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 3 min 500-ə çatıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlardan bir hissəsi artıq təlimlərdə olub və bir qrup işçi üçün təlimlərin keçirilməsi davam edir.
Hazırda xüsusi karantin rejimi tətbiq edilməyən rayonlarda ümumilikdə 800-dək iştirakçı üçün təlimlər aparılır. Təlimlər “Vətəndaş qəbulu həyata keçirən qurumlarda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair” metodiki göstərişlərə uyğun şəkildə 10 nəfərdən ibarət qruplar halında aparılır.
Təlimlər zamanı biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədilir.