Azərbaycan əhalisinin banklardakı əmanətləri 7,6 milyard manat təşkil edib

2020.06.26 10:37 (UTC+04:00)

İyunun 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi 7 milyard 661,3 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, bu göstərici mayın 1-i ilə müqayisədə 96,7 milyon manat azdır.

Qeyd edək ki, ötən ay əhalinin banklardakı əmanətlərinin həcmi 7 milyard 758 milyon manat təşkil edib.