Kredit qoyuluşları 14,3 milyard manat olub

2020.06.25 16:32 (UTC+04:00)

İyunun 1-nə bank sektorunun kredit qoyuluşları 14 milyard 361 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı (AMB) istinadla xəbər verir, bu göstərici ötən ayla müqayisədə 381,2 milyon manat azalıb, 2019-cu ilin eyni dövrünə nisbətən isə 1 milyard 499,6 milyon manat artıb.