Lisenziyası ləğv edilmiş “AGBank”, “Amrah Bank”, “Ata Bank” və “NBC Bank”da kredit portfeli 1 milyard 16 milyon manatdan çoxdur.
Bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev iyunun 25-də keçirdiyi mətbuat konfransında deyib.
“Amrah Bank” 123,6 milyon manat, “Ata Bank” 414,4 milyon manat, “NBC Bank" 173,5 milyon manat, “AG Bank” isə 305,4 milyon manat kredir portfelinə malikdir, - deyə T.Piriyev diqqətə çatdırıb.