Əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsinə ehtiyac var.
Bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev iyunun 25-də keçirdiyi mətbuat konfransında deyib.
"Bu istiqamətdə Azərbaycan Mərkəzi Bankı ilə görüşlər keçirilir. Biz risk əsaslı sığortalanma metodunu hazırda nəzərdən keçiririk. Bu sistemi təkmilləşdirmək lazımdır. Qanunvericilik icazə vermir, amma çalışacağıq ki, alınsın", - deyə T.Piriyev bildirib.