Lisenziyası ləğv edilən 21 bankın bu günə kredit portfeli 5,2 milyard manat təşkil edir. Bunun təxminən 58 faizə qədəri təminatsız kreditlərdir.
Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev iyunun 25-də keçirdiyi mətbuat konfransında deyib.
“Bu məbləğin 3,6 milyard manatı əsas borc, 1,6 milyard manatı isə faiz borcudur. Onların bir çoxu üzrə ödəniş edilir. Müəyyən problemli kreditlər də var. Müştərilərlə görüşlər keçirilir, onların borcunun restrukturizasiyası ilə bağlı tədbirlər görülür. Son bir ayda bir neçə görüş təşkil olunub. Azərbaycan Mərkəzi Bankı ilə də müzakirələr aparılır”, - deyə T.Piriyev vurğulayıb.