Bağlanan dörd bank üzrə 84 milyon manatadək kompensasiya ödənilib

2020.06.25 14:38 (UTC+04:00)

Lisenziyası ləğv olunan "Ata Bank" ASC, "Amrah Bank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC üzrə 7548 nəfərə 83,9 milyon manat kompensasiya ödənilib.

Bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev iyunun 25-də keçirdiyi mətbuat konfransında deyib.