Pandemiya dövründə səyyar vergi yoxlamalarının müddəti necə tənzimlənir?

2020.06.25 10:09 (UTC+04:00)

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, Vergi Məcəlləsinə əlavə edilən 222.7-ci maddəyə əsasən, koronavirus pandemiyasının yayılması ilə bağlı iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılmış barəsində səyyar vergi yoxlaması davam etdirilən vergi ödəyicilərində 2020-ci il martın 1-dən yoxlamanın həyata keçirilmədiyi müddətlər bu Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilmiş müddətlərə daxil edilmir.

Misal: Tutaq ki, vergi orqanı 20 fevral 2020-ci il tarixdə otel xidməti fəaliyyətini həyata keçirən vergi ödəyicisində səyyar vergi yoxlamasına başlayıb. Nazirlər Kabinetinin qərarı ilə otel xidməti fəaliyyəti məhdudlaşdırılan sahə olduğundan səyyar vergi yoxlamasını yekunlaşdırmaq mümkün olmayıb. Bu səbəbdən otelin karantin dövründə işləmədiyi dövr səyyar vergi yoxlamasının müddətinə aid edilmir.

Fəxriyyə İKRAMQIZI