Sahibkar və menecerlər üçün onlayn tədbir keçirilib

2020.06.24 16:52 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə startap layihələrinin yaradıcıları, sahibkar və menecerlər üçün "Dəyişikliklərin idarə olunması və innovasiyalar" mövzusunda onlayn tədbir keçirilib.

KOBİA-dan bildirilib ki, "Zoom" proqramı vasitəsilə təşkil olunmuş onlayn tədbirdə təlimçi Leyla Sultanlı tərəfindən idarəetmə prosesindəki dəyişikliklər, bu dəyişikliklərin idarə edilməsi üsulları, innovasiyaların tətbiqi, startap və innovasiya ekosistemi ilə bağlı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbirdə turizm, konsaltinq, kənd təsərrüfatı, qida və digər sahələrdə fəaliyyət göstərən 30-dək startap, sahibkar və menecer iştirak edib.