Rusiya Federasiyasının Prezidenti Vladimir Putin televiziya kanalları ilə xalqa müraciətində dövlətin iqtisadi dəstək paketlərini açıqlayıb.
COVID-19 pandemiyası ucbatından işsizliyin artığına diqqət yönəldən Putin "İndi insanları yenidən öz işlərinə qaytarmaq lazımdır. 2021-ci ilə qədər işçi qüvvəsi bazarını keçmiş vəziyyətinə qaytara bilməliyik", - deyib.
Putinin xalqa müraciətinin bir hissəsi vergi məsələlərinə həsr olunub. Ölkədə illik gəliri 5 milyon rubldan (24.731 manat) artıq olanların gəlir vergisinin artırılacağını bildirən dövlət başçısı qeyd edib: "İldə 5 milyon rubldan artıq qazananların gəlir vergisinin dərəcəsi 2021-ci il yanvarın 1-dən 13 faizdən 15 faizə qaldırılacaq. Bununla büdcəyə hər il 60 milyard rubl (1,48 milyard manat) əlavə gəlir daxil olmasını planlaşdırırıq".
Rusiyada fəaliyyət göstərən informasiya texnologiyaları şirkətləri üçün vergi güzəştlərinin ediləcəyini vurğulayan Putin bu şirkətlərə tətbiq olunan gəlir vergisinin dərəcəsinin 20 faizdən 3 faizə endiriləcəyini bildirib: "Bu şərtlər informasiya texnologiyaları sektoru baxımından Hindistan və ya İrlandiya kimi ölkələrdən daha yaxşı olacaq.