İstismara veriləndən iyunun 1-dək “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından 537 milyon tondan çox neft (kondensatla birlikdə), 295,2 milyard kubmetr təbii qaz hasil edilib.
Energetika Nazirliyindən bildirilib ki, bu yataqlardan 538,6 milyon ton neft (kondensatla birlikdə), 82,6 milyard kubmetr təbii qaz isə ixraca nəql olunub.