Yanvar-may aylarında ölkəyə 7,2 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə (DGK) idxal edilən yağların dəyəri 35,8 milyon ABŞ dolları olub.
Xatırladaq ki, keçən ilin eyni dövründə 27,1 milyon dollarlıq 5,4 min tondan çox kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.