Energetika Nazirliyindən bildirilib ki, cari ilin yanvar-may aylarında xaricə qaz satışı 5,6 milyard kubmetr təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çoxdur. 2019-cu ilin eyni dövrünə nisbətən Türkiyəyə 21,7 faiz çox, yəni 4,3 milyard kubmetrdən artıq qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,2 milyard kubmetr, Bakı-Tbilisi-Ceyhan boru kəməri sisteminə verilən qazın həcmi isə 51 min kubmetr olub.