Azərbaycan neftinin qiyməti 44 dolları ötüb

2020.06.24 11:46 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti bahalaşır.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,78 dollar artaraq 44,72 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.