Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib

2020.06.23 18:11 (UTC+04:00)

İyunun 23-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106011783 ISIN-li, 15 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 90.6123 AZN (15 faiz) və 100.5011 AZN (10.8 faiz) olan 25 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.159 AZN (12.99 faiz), orta ölçülmüş qiyməti 97.0816 (12.1905 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 39 milyon 375 milyon 300 min AZN, yerləşdirilmiş həcmi isə 15 milyon AZN olub. İstiqrazlar 2023-cü il iyunun 20-də ödəniləcək. Hərrac iştirakçıları iyunun 24-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.