Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib.
KOBİA-dan bildirilib ki, koronavirus (COVID-19) pandemiyasının işgüzar fəallığa təsirinin öyrənilməsi və real sektorun monitorinqi məqsədilə sahibkarlıq subyektləri arasında sorğu keçirilir. Sorğunun keçirilməsində məqsəd ölkə iqtisadiyyatının sabitliyinin, davamlılığının və xarici təsirlərə dayanıqlılığının təmin edilməsi və iqtisadiyyatın inkişaf perspektivlərinin qorunmasıdır.
https://forms.gle/GP2KRdFafGxs91dZA linki vasitəsilə sorğuda iştirak etmək olar.