"İqtisadi zona" proqramının 21 iyun 2020-ci il tarixli buraxılışı Video

2020.06.23 14:31 (UTC+04:00)

ATV ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında dövlət zəmanətli kreditlərin verilməsi şərtləri müəyyən edilməsi, Bakıda mənzillərin kirayə qiymətlərinin ucuzlaşması, pensiya və müavinət kartlarının müddətinin uzadılması ilə bağlı süjetlər nümayiş etdirilib.

Proqramın qonağı Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifələrini icra edən Samir Hümbətov fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi ilə bağlı maraq doğuran suallara aydınlıq gətirib.