Azərbaycan cari ildə ən çox İtaliyaya məhsul göndərib

2020.06.22 12:45 (UTC+04:00)

Yanvar-may aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, 5 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixracın dəyəri 2 milyard 428,7 milyon ABŞ dolları, Türkiyəyə 1 milyard 249,6 milyon dollar, İsrailə isə 311,1 milyon dollar olub.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 2 milyard 598,1 milyon dollar, Türkiyə ilə 1 milyard 863,7 milyon dollar, Rusiya ilə 1 milyard 48,3 milyon dollar təşkil edib.