Mayda dəmir yolu nəqliyyatı ilə ümumilikdə 620 min 795 ton yük daşınıb ki, bu yüklərin dəyəri 225,1 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ötən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 209 min 877 ton yükün dəyəri 43 milyon dollar təşkil edib.
Eyni dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 410 min 918 ton, dəyəri isə 172 milyon dollar olub.