Bu il 27 min tonadək qara metallar və onlardan hazırlanan məmulatlar ixrac olunub

2020.06.22 12:13 (UTC+04:00)

Cari ilin 5 ayında ölkədən 26,9 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Dövlət Gömrük Komitəsi (DGK) xəbər verir ki, ixrac edilən məmulatların dəyəri 19,5 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə 25 milyon dollarlıq 46,6 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.