Alüminium və ondan hazırlanan məmulatların ixracı azalıb

2020.06.22 15:52 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında 17,1 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən məmulatların dəyəri 31,5 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin 5 ayında ölkədən 36,9 milyon dollarlıq 18,1 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.