Azərbaycan ötən ay 1,4 milyard dollarlıq ticarət əməliyyatları aparıb

2020.06.22 12:25 (UTC+04:00)

Mayda Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 1 milyard 448,7 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının 783,2 milyon dolları idxalın, 665,4 milyon dolları isə ixracın payına düşüb.