Beş ayda dəniz nəqliyyatı ilə 405,1 min ton yük daşınıb

2020.06.20 12:45 (UTC+04:00)

Cari ilin yanvar-may aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 405,1 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 227,4 milyon ABŞ dollar olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 5 ayda dəniz nəqliyyatı ilə ixrac olunan 141,1 min ton yükün dəyəri 43,6 milyon dollar, bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 263,9 min tondan çox, dəyəri isə 183,7 milyon dollar təşkil edib.