Dünya birjalarında neftin qiyməti bahalaşır.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,68 dollar artaraq 42,19 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,91 dollar bahalaşaraq 39,75 dollar təşkil edib.