Cari ilin yanvar-may aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 3 milyard 648,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, 5 ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 856,6 milyon dollar olub. Bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 140,7 milyon dollar azdır.